Menu
Xəbər Lenti
İsmail Kartal qəza etdi
28-10-2026, 06:33

İsmail Kartal qəza etdi

30 Ekm 08:42Manşet / Siyasət

Oğlunun həbsindən danışmadı - Amma Səbinə Əliyevanı dəstəklədiyini açıqladı

 

“Ombudsman vəzifəsinə namizədlərlə bağlı məsələ müzakirə edildi. Ombudsman vəzifəsi ciddi bir təsisatdır”. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə komitə sədrinin müavini Arzuxan Əlizadə Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsinin müzakirəsi zamanı bildirib. 

“Bütövlükdə ölkə vətəndaşlarının müraciət etdiyi təsisatdır. Son iki-üç il ərzində Parlamentə edilən müraciətlərdən də bilinir ki, vətəndaşların bu təsisata etimadı artır. 

Namizədlərin hər birinin tərcümeyi-halı ilə tanış olmuşuq. Mən öz haqqımdan istifadə edərək deyə bilərəm ki, Səbinə Əliyevanın fəaliyyəti ilə daha yaxından tanışam. Ombudsmana müraciət edənlərin məmnunluğu və digər məsələlərlə bağlı uğurlarla bağlı deyə bilərəm ki, Səbinə xanımın namizədliyini dəstəkləyəcəyəm”, - deputat qeyd edib.

“Qafqazinfo”nun əməkdaşı iclasdan sonra deputata yaxınlaşaraq oğlu Əhməd Əlizadənin həbsi ilə bağlı məsələyə münasibət öyrənmək istəsə də, millət vəkili hələ açıqlama vermək istəmədiyini deyib.

Xatırladaq ki, Bakıda kafedə bir nəfərin ölümü ilə nəticələnən kütləvi dava ilə bağlı deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə də cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 6 maddəsi ilə ittiham irəli sürülüb, barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Deputat oğluna verilmiş ittihamların sanksiyasında 12 ilə kimi həbs cəzası nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, onun digər oğlu Orxan Əlizadə hakimdir. 

Nuranə Daxilqızı