Menu
Xəbər Lenti
İsmail Kartal qəza etdi
28-10-2026, 06:33

İsmail Kartal qəza etdi

31 Ekm 07:21Manşet / Gündəm / Dünya

Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə

 

ABŞ-də federal hakim Donald Tramp administrasiyasına seçki təşəbbüsləri ilə əməkdaşlıq etməyən ştat və yerli seçki rəsmilərini məhkəmə ilə hədələməyi dayandırmağı əmr edib. Qərar noyabrın 3-də keçiriləcək aralıq seçkilərə bir neçə gün qalmış verilib.

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, hakim Trina Tompson Ədliyyə Nazirliyinin seçki rəsmilərinə təzyiqini məhdudlaşdıran müvəqqəti qərarı seçki işçilərinin həmkarlar ittifaqları və digər təşkilatların iddiası əsasında çıxarıb.

Qərara əsasən, administrasiya yerli rəsmilərdən seçici siyahılarından vətəndaş olmayan şəxslərin çıxarılmasını, müəyyən seçicilərə bülleten verilməməsini və seçkilərdə verilən səslərin ayrıca saxlanılmasını tələb edə bilməz. Bu tələblər vətəndaş olmayan şəxslərin səs verdiyi iddia edilən siyahıya əsaslanırdı.

Hakim seçki rəsmilərinin federal qanunlara uyğun fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb. Tramp administrasiyası seçki nəzarətini gücləndirmək addımlarını təhlükəsizliyin və səsverməyə ictimai etimadın qorunması ilə əsaslandırsa da, tənqidçilər bunu federal səlahiyyətlərin aşılması kimi qiymətləndirirlər.

ABŞ Ədliyyə Nazirliyi qərarla bağlı şərh verməyib. Noyabrın 3-də keçiriləcək aralıq seçkilərdə Konqresin hər iki palatasına nəzarət uğrunda mübarizə aparılacaq.