Menu
Xəbər Lenti
Şahbaz Şərif Rusiyaya gedir
24-11-2026, 07:40

Şahbaz Şərif Rusiyaya gedir

FHN təlim keçirdi - Video
21-11-2026, 09:03

FHN təlim keçirdi - Video

26 Kas 07:35Manşet / Dünya

Namazı lağa qoyub nasist salamı vermişdi - 4 il sonra cəzalandırıldı

 

Fransada müsəlmanların ibadətini təqlid edərək namazı lağa qoyan, daha sonra isə nasist salamı verib “Yaşasın Hitler” qışqıran gömrük məmuru Patrik T.-nin cəzası hadisədən dörd il sonra müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, “Mediapart” nəşrinin məlumatına görə, 2022-ci ilin yanvarında Şomon şəhərindəki Gömrük İttifaqında keçirilən şam yeməyində üç məmurun müsəlmanları istehza ilə təqlid etdiyi videogörüntülər üzə çıxıb.

Bundan əlavə, ittifaqın rəhbəri təyin edilən Patrik T.-nin nasist salamı verdiyi və svastika təsvirli corablar geyindiyi fotoların da yayılması ölkədə ciddi qəzəbə səbəb olub.

İnzibati araşdırmalardan sonra vəzifəsindən uzaqlaşdırılan məmura 2 il işdən kənarlaşdırılma cəzası verilib. Cəzanın bir ili şərti hesab edildiyindən o, faktiki olaraq 1 il işindən uzaq qalacaq və bu müddət bitdikdən sonra vəzifəsinə qayıda biləcək. Görüntülərdə yer alan digər iki məmur barəsində isə araşdırma davam edir.