Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

06 Nis 15:08Manşet / Siyasət

Brüsseldə keçiriləcək görüşdən gözləntilər çoxdur - Elçin Alıoğlu

Brüsseldə keçiriləcək görüşdən gözləntilər çoxdur - Elçin Alıoğlu

Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə keçiriləcək görüşdən gözləntilər çoxdur.

Bunu Milli.az xəbər portalının baş redaktoru, araşdırmaçı jurnalist Elçin Alıoğlu "Arb24" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ermənistanın siyasətində çox maraqlı bir təmayül müşahidə edilir.

"Son 30 ildə ilk dəfə olaraq rəsmi İrəvanla Qarabağdakı seperatçılar arasında çox kəskin ziddiyyətlər yaranıb. Bu ziddiyyətlər artıq Ermənistanı təmin etmir və Ermənistan mümkün qədər tez təhlükəsiz və az itkilərlə bu ballansdan xilas olmağa çalışır. Şarl Mişelin vasitəçiliyi ilə olan bu görüşdən gözləntilər çoxdur.

Artıq Avropa Şurası da anlayır ki, əgər bu görüşdə Ermənistan tərəfinin dağıtmağa çalışdığı mövqelərin müşahidəsi ilə bitərsə, o zaman Avropa Şurası moderator funskiyasını birmənalı olaraq itirə bilər və bu, artıq beynəlxalq müstəvidə yeni arayışlara səbəb olacaq. Ona görə Avropa Şurası bunu əldən vermək istəmir, çünki Ukrayna məsələsində çox gecikdi. Gecikdiyinə görə də təşəbbüsü ABŞ və Böyük Britaniya ələ aldı", - deyə o əlavə edib.