Menu
Xəbər Lenti
FHN təlim keçirdi - Video
21-11-2026, 09:03

FHN təlim keçirdi - Video

Prezident rəsmi qarşılandı
21-11-2026, 08:14

Prezident rəsmi qarşılandı

09 Nis 15:07Manşet / Siyasət

Deputatlar dörd məsələyə görə TOPLANACAQLAR

Deputatlar dörd məsələyə görə TOPLANACAQLAR

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası aprelin 12-də keçiriləcək.

Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
İclasın gündəliyinə dörd məsələ daxildir:

- “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsi.

- “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi (ikinci oxunuş).

- Cinayət Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş).

- Cinayət Məcəlləsində və “Valyuta tənzimi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).