Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
19 Nis 12:29Manşet / İqtisadiyyat
Sosial sığorta daxilolmaları 17 faiz artıb
Sosial-iqtisadi islahatların müsbət nəticələri əhalinin sosial sığorta sistemində iştirakının genişlənməsi ilə yanaşı, sosial sığorta daxilolmalarının davamlı artımına da şərait yaradıb.
Dövlət Sosial Müdafiə Fondundan verilən məlumata görə, fonda bu ilin ilk rübündə məcburi dövlət sosial sığorta daxilolmaları 152 milyon manat və ya 17 faiz artaraq 1 mlrd. 46,7 mln. manat təşkil edib.
Artım büdcə təşkilatları üzrə 13,4 faiz və ya 45,7 mln., qeyri-büdcə təşkilatları üzrə 19,2 faiz və ya 106,3 mln. manat olub.