Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

19 Nis 15:58Manşet / Siyasət

Dövlət qulluqçusunun xidməti vəsiqəsinin təsviri təsdiq edildi - FƏRMAN

Dövlət qulluqçusunun xidməti vəsiqəsinin təsviri təsdiq edildi - FƏRMAN

Prezident İlham Əliyev dövlət qulluqçusunun xidməti vəsiqəsinin təsvirinin və nümunəsinin təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Fərmanla “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 968-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alınır

- “Dövlət qulluqçusunun xidməti vəsiqəsinin təsviri” təsdiq edilsin (əlavə olunur).

- “Dövlət qulluqçusunun xidməti vəsiqəsinin nümunəsi” təsdiq edilsin (əlavə olunur).

- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

***

Dövlət qulluqçusunun xidməti vəsiqəsinin təsviri

Azərbaycan Respublikası Prezidentinin
2022-ci il 19 aprel tarixli
Fərmanı ilə təsdiq edilmişdir

1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 15-2-ci maddəsinə əsasən dövlət qulluqçusuna qulluq keçdiyi dövlət orqanında verilən xidməti vəsiqənin (bundan sonra – xidməti vəsiqə) təsviri aşağıdakı kimidir:

1.1. xidməti vəsiqə 100 mm x 70 mm ölçüdə, tünd qırmızı rəngli (“Pantone” rənglər kataloqunun Pantone 504C rəng koduna uyğun) möhkəm cildli kitabça şəklindədir;

1.2. xidməti vəsiqənin cildinin üst tərəfində ortada 25 mm x 28 mm ölçüdə Azərbaycan Respublikası Dövlət Gerbinin zərli təsviri verilir. Təsvirin altında qızılı rəngdə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının adı yazılır;

1.3. xidməti vəsiqənin içliyi xüsusi kağızdan hazırlanır, üzərindəki tünd qara rəngli yazılar “Pantone” rənglər kataloqunun Pantone Black 4C rəng koduna uyğun, tünd qırmızı rəngli yazılar isə “Pantone” rənglər kataloqunun Pantone 7644C rəng koduna uyğundur;

1.4. xidməti vəsiqənin içliyinin birinci səhifəsində:

1.4.1. sol tərəfdə yuxarıda Azərbaycan Respublikası Dövlət Gerbinin 15 mm x 16,5 mm ölçülü rəngli təsviri verilir;

1.4.2. yuxarıda ortada dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının adı tünd qırmızı rəngli hərflərlə yazılır;

1.4.3. Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin altında bütün səhifə boyu üfüqi istiqamətdə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının adının təkrarlandığı tünd qırmızı rəngli yazıdan ibarət ayırıcı xətt yerləşir;

1.4.4. sol tərəfdə 30 mm x 40 mm ölçülü qırmızı fonda olan rəngli fotoşəkil üçün yer ayrılır;

1.4.5. fotoşəkildən sağ tərəfdə dövlət qulluqçusunun soyadı, adı və atasının adı iki sətirdə tünd qara rəngli hərflərlə yazılır;

1.4.6. səhifənin aşağı hissəsində tünd qara rəngli hərflərlə “XİDMƏTİ VƏSİQƏ № ____ - ______” sözləri yazılır;

1.5. xidməti vəsiqənin içliyinin ikinci səhifəsində:

1.5.1. yuxarıda ortada dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının adı tünd qırmızı rəngli hərflərlə yazılır;

1.5.2. dövlət orqanının adının altında bütün səhifə boyu üfüqi istiqamətdə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının adının təkrarlandığı tünd qırmızı rəngli yazıdan ibarət ayırıcı xətt yerləşir;

1.5.3. səhifənin orta hissəsində birinci – üçüncü sətirlərdə tünd qara rəngli hərflərlə dövlət qulluqçusunun qulluq keçdiyi struktur bölməsinin adı və dövlət qulluqçusunun vəzifəsi, dördüncü sətirdə isə dövlət qulluqçusunun ixtisas dərəcəsi yazılır;

1.5.4. səhifənin aşağı hissəsində sol tərəfdə tünd qara rəngli hərflərlə dövlət orqanının rəhbərinin vəzifəsi yazılır, ortada imzası üçün yer ayrılır, sağ tərəfdə isə adı və soyadı yazılır.

2. Xidməti vəsiqənin içliyinin hər iki səhifəsində fonda “Pantone” rənglər kataloqunun Pantone 7633C rəng koduna uyğun rənglə səkkizguşəli ulduzlar təsvir olunur və hər iki səhifəyə müvafiq dövlət orqanının dairəvi gerbli möhürü vurulur.

***

Dövlət qulluqçusunun xidməti vəsiqəsinin nümunəsi

Azərbaycan Respublikası Prezidentinin
Dövlət qulluqçusunun xidməti vəsiqəsinin təsviri təsdiq edildi - FƏRMAN

2022-ci il 19 aprel tarixli
Fərmanı ilə təsdiq edilmişdir