Xəbər Lenti
8-10-2026, 14:31
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
8-10-2026, 08:14
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
7-10-2026, 16:59
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
7-10-2026, 08:28
“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
7-10-2026, 07:54
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
5-10-2026, 11:47
“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
5-10-2026, 11:41
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
5-10-2026, 11:36
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
Fiziki məhdudiyyətli uşaqların xeyriyyə satış-sərgisi: Uşaqları sevgimizlə qoruyaq!
Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaqları sevgimizlə qoruyaq!” adlı rəsm xeyriyyə satış-sərgisi keçirilib. Tədbir Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli olan Sumqayıt Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə reallaşıb.
Sərgidə Evdə Fərdi Təhsil Məktəbinin rəsm bacarığı olan fiziki imkanları məhdud 15 şagirdin 70-dən çox əl işi nümayiş olunub.
Sərgidə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov, Sumqayıt Şəhər Reabilitasiya Mərkəzinin direktoru Pərvanə Hacıyeva, Qırmızı Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova, “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva, müəssisə və təşkilat rəhbərləri, ziyalılar və KİV nümayəndələri iştirak ediblər.
Sərginin açılış mərasimi şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxışlarda sərginin əhəmiyyətindən danışılıb, bu kimi tədbirlərin fiziki məhdudiyyətli uşaqların istedadlarının üzə çıxarılması, onların inkişafı, stimulllaşdırılması, cəmiyyətə inteqrasiyasında rolu vurğulanıb.
Natiqlər dövlət səviyyəsində uşaqlara göstərilən qayğıdan danışaraq, hər il yeni sosialyönümlü layihələr həyata keçirilməsindən, fiziki məhdudiyyətləri olan vətəndaşlarımızın dövlət himayəsi ilə əhatə olunmasından söz açıblar.
Şəhər Mədəniyyət evinin rəqs qrupunun ifa etdiyi “Azərbaycan suitası” tədbirə xüsusi rəng qatıb.
Gənc rəssamlar öz rəsmlərini təqdim ediblər. Rəsmlərdə Vətən, onun füsunkar təbiəti, sülh mövzuları üstünlük təşkil edib.
Sərgidə nümayiş olunan bütün əsərlər iştirakçılar tərəfindən alınıb. Gənc istedadlı rəssamlara, həmçinin qiymətli hədiyyələr təqdim olunub.






















































