Xəbər Lenti
Dün, 08:53
Sənədsiz ev sahiblərinin DİQQƏTİNƏ: Qeydiyyat üçün portalın hazır olacağı tarix AÇIQLANDI
15-05-2024, 09:16
Rusiya XİN: “Postsovet məkanında bütün məsələlər qonşular arasında birgə həll edilməlidir”
14-05-2024, 08:38
İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
14-05-2024, 08:35
Salam verəndə də siqnal, söyüş söyəndə də: Yolların həsrət qaldığı sürücü mədəniyyəti
13-05-2024, 11:18
Botanika İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş “DÜNYAMIZI YAŞILLAŞDIRAQ” mövzusunda konfrans keçirilib
14 Haz 07:40Manşet / İqtisadiyyat
Formula 1 ilə bağlı Bakıya gələn turistlərin sayı açıqlanıb
Bu il Bakıya rekord sayda beynəlxalq tamaşaçı gəlib. Təkcə Formula 1 ilə bağlı Bakıya 10 mindən çox turist səfər edib. Buraya həm azarkeşlər, həm komandaların özləri, həm də yarışın bütün işçiləri daxildir.
Bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov deyib.
A.Rəhimov bildirib ki, ötən illərdə Rusiyadan Azərbaycana çoxlu sayda turist gəlirdi və çətinliklər üzündən bu il ordan gələn turistlərin sayı azalsa da, Böyük Britaniya, ABŞ, Türkiyə, Skandinaviya ölkələri və.s kimi digər ölkələrdən turist axını artıb.
A.Rəhimov həmçinin bu il bilet satışından çox razı qaldıqlarını diqqətə çatdırıb. “Biz xüsusən də böyük konsertlər təşkil edilmədiyi üçün yarışa daha az tamaşaçı gələr deyə narahat idik. Lakin iştirakçıların sayı bizə onu göstərir ki, ölkəmizdə avtoidmana maraq artıq formalaşıb. İnsanlar artıq bilavasitə yarışı izləmək üçün bilet alırlar və artıq onları cəlb etmək üçün konsertlər təşkil etmək məcburiyyəti yoxdur”, - deyə A.Rəhimov əlavə edib.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 10-12 iyunda keçirilib. Bakı trekinin uzunluğu 6 kilometr olub. Yarışlarda 10 komanda iştirak edib. Formula 1 Azərbaycan Qran Prisini canlı izləmək üçün 9 tribunada 16700 oturacaq quraşdırılıb. Formula 1 Azərbaycan Qran Prisinin qalibi “Red Bull Racing” komandasının niderlandlı pilotu Maks Ferstappen olub.