Xəbər Lenti
28-10-2026, 06:37
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
27-10-2026, 06:44
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
Azərbaycan Prezidentinin Qafqazla bağlı yanaşması regional inteqrasiyaya və sülhə yönəlib - Karen Donfrid
Bu, mənim Azərbaycana ilk səfərimdir. Şəhərlə tanış oldum, küləkli gözəl şəhərinizdə yaxşı vaxt keçirdim.
Bu sözləri ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid iyunun 16-da keçirdiyi mətbuat konfransında bildirib.
"Səfərim ABŞ-Azərbaycan diplomatik münasibətlərinin qurulmasının 30 illiyinə təsadüf edir. ABŞ Azərbaycanın müstəqilliyi dəstəkləyən ilk ölkələr sırasındadır. Dünən Prezident İlham Əliyevlə görüşümüzdə geniş müzakirələr apardıq. Prezident İlham Əliyev Qafqazla bağlı fikirlərini bölüşdü.
Azərbaycan Prezidentinin Qafqazla bağlı yanaşması regional inteqrasiyaya və sülhə yönəlib", - deyə Karen Donfrid qeyd edib.






















































