Menu
Xəbər Lenti
FHN təlim keçirdi
12-09-2026, 09:08

FHN təlim keçirdi

Nazirdən daha bir təyinat
12-09-2026, 08:38

Nazirdən daha bir təyinat

Bəzi yollarda tıxac var
11-09-2026, 08:06

Bəzi yollarda tıxac var

Putin Hindistandadır - Video
11-09-2026, 07:30

Putin Hindistandadır - Video

26 Haz 07:00Manşet / Siyasət

Birinci vitse-prezident Mehriban Əliyeva: Bugünkü bayramı qəhrəman xalq kimi başımız uca qeyd etdiyimizə görə bizim Prezidentimizə, cəsarətli əsgər və zabitlərimizə təşəkkür edirəm

Birinci vitse-prezident Mehriban Əliyeva: Bugünkü bayramı qəhrəman xalq kimi başımız uca qeyd etdiyimizə görə bizim Prezidentimizə, cəsarətli əsgər və zabitlərimizə təşəkkür edirəm

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.

Paylaşımda deyilir:

"Əziz həmvətənlər!

Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm! Bugünkü bayramı qəhrəman xalq kimi başımız uca qeyd etdiyimizə görə bizim Prezidentimizə, cəsarətli əsgər və zabitlərimizə təşəkkür edirəm! Mərdliyinizə və dözümlülüyünüzə görə çox sağ olun! Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyinizə görə sizə minnətdarıq!

Allah Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət eləsin. Belə qəhrəman oğullar böyütmüş ana və ataların qarşısında baş əyir, onlara səbir diləyirəm.

Qoy Vətənimizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün!"
Birinci vitse-prezident Mehriban Əliyeva: Bugünkü bayramı qəhrəman xalq kimi başımız uca qeyd etdiyimizə görə bizim Prezidentimizə, cəsarətli əsgər və zabitlərimizə təşəkkür edirəm