Xəbər Lenti
6-05-2026, 14:45
Xətai rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib
5-05-2026, 08:40
Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümü: Azərbaycanın Dövlətçilik Tarixində Ölməz İrs və Lənkəran Rayonunda İnkişafın Davamlı Təzahürü
5-05-2026, 06:04
“İranla uzun ümumi tarixə malik ölkənin Prezidentinin fikrini dinləmək çox maraqlı oldu”
Samux sakinində narkotik aşkarlanıb
Samux sakinində narkotik aşkar olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Azad Əsgərov saxlanılaraq şöbəyə gətirilib.
Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan “marixuana” aşkar edilib.
Saxlanılan şəxs maddi sübutla birlikdə istintaqa təhvil verilib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.























































