Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

10 Ağu 16:06Manşet / İqtisadiyyat

Balakən şəhərinin içməli su təchizatı infrastrukturu yenidən qurulur

Balakən şəhərinin içməli su təchizatı infrastrukturu yenidən qurulur

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Balakən şəhərinin içməli su təchizatı infrastrukturu yenidən qurulur.

“Azərsu” ASC-dən verilən məlumata görə, Balakən şəhərində əhalini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə yeni su mənbəyi yaradılır. Hazırda subartezian quyuların qazılması, anbarların tikintisi və yenidən qurulması işləri davam etdirilir.

Layihənin ilkin mərhələsi Balakən şəhəri üçün yeni su mənbəyinin yaradılması və anbarların tikintisini əhatə edir. Şəhərin dayanıqlı içməli su ilə təmin olunması məqsədilə Balakənçayın məcrasında 10 subartezian quyusunun qazılması, hər birinin tutumu 500 kubmetr olan mövcud su anbarlarının yenidən qurulması və 2000 kubmetr tutumu olan 2 yeni su anbarının tikilməsi layihələndirilib.

Qısa müddət ərzində 7 subartezian quyusu qazılıb və onlardan 5-i istismara verilib. Su anbarları ərazisində hər birinin tutumu 2000 kubmetr olan 2 yeni su anbarı inşa olunub. Eyni zamanda 500 kubmetr tutumu olan 2 mövcud su anbarı yenidən qurulub.

Layihənin növbəti mərhələlərində şəhərin içməli su və tullantı su sistemləri tamamilə yenidən qurulacaq. Gələcəkdə Balakən şəhərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün mövcud Siltikçay mənbəyində suqəbuledici qurğu tikiləcək və 6 subartezian quyusu qazılacaq, Su mənbəyindən şəhərə 7,6 km uzunluğunda magistral su kəməri çəkiləcək. Şəhərin relyef şəraiti nəzərə alınaraq ümumi tutumu 10 min kubmetr olan 8 su anbarının tikintisi və yenidən qurulması nəzərdə tutulub. Layihəyə əsasən, Balakən şəhərində 139 km içməli su və 77 km tullantı su şəbəkəsi yaradılacaq. Layihənin əhatə etdiyi ərazilərdə bütün istifadəçilər yeni şəbəkəyə qoşulacaq və sayğacla təmin olunacaq. Bu layihədən 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 31 mindən çox sakin faydalanacaq.