Xəbər Lenti
Dün, 08:14
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
7-10-2026, 16:59
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
7-10-2026, 08:28
“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
7-10-2026, 07:54
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
5-10-2026, 11:47
“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
5-10-2026, 11:41
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
5-10-2026, 11:36
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
Sabiq məktəb direktoru prokurorluq işçilərini rüşvətdə ittiham etdi, səkkiz minlik cəriməsi ortaya çıxdı

Prokurorluq əməkdaşlarının Saatlı rayon sakinindən rüşvət tələb etməsi ilə bağlı iddialar təsdiqini tapmayıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, “Kanal 13” “YouTube” kanalında Saatlı rayon sakini Elnur Rzayevin ondan rayon prokurorluğunda beş min manat məbləğində rüşvət tələb olunması, guya aralarında razılaşdırılmış məbləği vermədiyinə görə üzr istəməsi ilə bağlı videomüraciəti yayılıb.
Törətdiyi cinayət əməlləri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təsdiq olunmuş Elnur Rzayevin həmin videomüraciəti ilə bağlı bildirilir ki, o, 2009-2019-cu illər ərzində Saatlı Rayon Təhsil Şöbəsinin Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək büdcə vəsaitini taladığına görə Saatlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi istintaq olunaraq 29 may 2019-cu il tarixdə baxılması üçün rayon məhkəməsinə göndərilib.
Cinayət işinə müvafiq məhkəmə instansiyalarında baxıldıqdan sonra yekun olaraq Şirvan Apellyasiya Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli qərarı ilə Elnur Rzayevə iki il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə, səkkiz min manat məbləğində cərimə cəzası təyin edilib.
Bundan əlavə, bildirilir ki, Elnur Rzayevin Saatlı Rayon Prokurorluğunun əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı 04 may 2019, 09 oktyabr 2019 və 11 fevral 2020-ci il tarixli müraciətləri üzrə Baş Prokurorluqda araşdırma aparılıb, lakin göstərilən xüsusatlar öz təsdiqini tapmayıb.
Baş Prokurorluq tərəfindən bir daha media istifadəçilərinə müraciət edilməklə dövlət qurumunun rəsmi mövqeyini almadan bu növ məlumatların yayılmaması xahiş edilir.






















































