Xəbər Lenti
Bugün, 13:12
"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham (FOTO/VİDEO)
Dün, 09:41
Sadır Japarov: “Ölkələrimiz bundan sonra da hərbi-texniki sahədə əməkdaşlıqda maraqlıdır”
29-04-2024, 14:44
Bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar
29-04-2024, 11:33
Azərbaycançılıq idealogiyasının yaradıcısı və banisi Ulu Öndər Heydər Əliyev Azərbaycanda güc strukturunu yaratmışdır -Könül Nəbizadə
Abşeron rayonunda şəhidlərimizin anım günləri qeyd edilib
Müzəffər Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ilə şanlı Ordumuzun qələbə qazandığı Vətən müharibəsində döyüşərək şəhidlik zirvəsinə ucalan, Prezident İlham Əliyev tərəfindən göstərdikləri şücaət və qəhrəmanlıqlarına görə orden və medallarla təltif olunan Ramid Hacıyev, Elşən Müslümov, Cavid Həsənov, Rəşad Mehdiyev, Səxavət Abbasov, Rəhim Hüseynov, Rüstəm Turabov, Anar İsgəndərov, Ruhin Xəlilov, İlqar Vəliyev, Fuad Haşımov, Mənsur Əhmədov, İmaməli Hüseynov anım günlərində yad ediliblər. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, RİH-nin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron rayon təşkilatının sədri şəhid ailələri və qazilərlə birgə şəhidlərimizin məzarlarını ziyarət edib, qəhrəmanlarımız ehtiramla anılaraq ruhlarına dualar oxunub.
Anım günlərində Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi qələbədən, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən misilsiz abadlıq-quruculuq işlərindən danışılıb, ölkə rəhbəri tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən böyük diqqət və qayğıdan söz açılıb. RİH-nin başçısı Abdin Fərzəliyev şəhid ailələrinin yaşadığı evlərə gedərək ailələri ilə görüşüb, onların qayğıları ilə maraqlanaraq şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, daim yaşadılması istiqamətində müxtəlif tədbirlər həyata keçirildiyini, o cümlədən Xırdalan şəhərində Vətən müharibəsi şəhidlərinə həsr edilmiş Xatirə kompleksinin inşa edildiyini vurğulayıb.
RİH-nin başçısı Abdin Fərzəliyev, həmçinin şəhid Samir Muradovun anım günündə Siyəzən rayonunda yaşayan ailəsini də ziyarət edib, onların qayğıları ilə maraqlanıb.
Şəhid ailələri də öz növbələrində onlara dövlət səviyyəsində böyük diqqət göstərildiyini vurğulayıb, həyatlarının hər anında hiss etdikləri qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyeva təşəkkürlərini ifadə ediblər.