Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

24 Ekm 18:12Manşet / Cəmiyyət

Məktəbi döyüş meydanına dəyişən gənc müəllim şəhid Vüqar Vəliyevin xatirəsi anılıb

Məktəbi döyüş meydanına dəyişən gənc müəllim şəhid Vüqar Vəliyevin xatirəsi anılıb

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Qaradağlı kənd mədəniyyət evində şəhid Vüqar Emin oğlu Vəliyevin xatirəsi anılıb.

Mədəniyyət və təhsil işçilərinin, ictimaiyyət nümayəndələrinin, məktəblilərin iştirak etdiyi tədbirdə əvvəlcə respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qaradağlı kənd mədəniyyət evinin müdiri Zənurə Mirzəyeva, Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mənsur Quliyev, Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyin direktoru Sahib Məmmədov şəhidin əmisi Əfəndi Vəliyev və başqaları çıxış edərək, 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlıqdan, qazanılan şanlı zəfərdən, 30 ilə yaxış işğal altında qalan torpaqlarımızın azad edilməsindən, Vüqar Vəliyevin həyat və döyüş yolundan, göstərdiyi şücaətdən, Vətən sevgisindən bəhs edib, xatirəsinin qəlblərdə əbədi yaşayacağı vurğulayıblar.

Məlumat verilib ki, Vüqar Vəliyev Ağdam rayonunun Rzalar kəndində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu olan Vüqar 2017-ci ildə hərbi xidmətə yollanıb. Hərbi xidməti başa vurduqdan sonra 2019-cu ildə müəllimlərin işə qəbulu müsabiqəsində uğur əldə edərək pedaqoji fəaliyyətə başlayıb. Cəmi bir il müəllimlik edən Vüqar Vətən müharibəsi başlayanda məktəbi döyüş meydanına dəyişib. Strateji yüksəkliklərin azad olunmasında rəşadətlə döyüşüb. Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

Sonra məktəblilər vətənpərvərlik ruhunda şerlər söyləyiblər.

Qeyd edək ki, Azərbaycan Prezidentinin sərəncamlarına əsasən Vüqar Vəliyev ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib