Xəbər Lenti
Bugün, 09:35
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
8-10-2026, 14:31
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
8-10-2026, 08:14
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
7-10-2026, 16:59
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
7-10-2026, 08:28
“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
7-10-2026, 07:54
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
30 Mrt 07:58Mədəniyyət
“Qafqazın mirvarisi-Şuşa” kitabı fransız dilində çap olunub
Musulmansenfrance” portalının təsisçisi, jurnalist-rejissor Jan Mişel Brən (Jean-Michel Brun) və azərbaycanlı professor Elçin Əhmədovun həmmüəllifi olduğu “Qafqazın mirvarisi - Şuşa” kitabı fransız dilində çap olunub.
AZƏRTAC xəbər verir ki, Fransanın “Hermann” nəşriyyat evində çap edilən kitabda Şuşanın tarixi, mədəniyyəti ilə yanaşı, onun mətbəxi haqqında məlumatlar yer alıb.
Müəlliflər kitabda Şuşanın əsasının qoyulmasından indiyə qədər keçdiyi bütün tarixi mərhələləri ətraflı təqdim ediblər. Azərbaycan mədəniyyətinin incisi olan Şuşanın zəngin maddi-mədəni, tarixi, memarlıq irsi və əslən Şuşadan olan Azərbaycanın çoxsaylı görkəmli şəxsiyyətləri haqqında məlumatlar və fotoşəkillər kitabda ayrıca fəsillərlə verilib. Həmçinin nəşrdə qala-şəhərin müxtəlif tarixi mərhələlərini, o cümlədən işğaldan əvvəl, işğal vaxtı və azad edilməsindən sonrakı dövrü əks etdirən fotolar da yer alıb. Şuşanın Azərbaycan tarixinin və mədəniyyətinin rəmzi olmasını təcəssüm etdirən bu kitab Şuşa haqqında fransız oxucularına təqdim olunan ilk əsərdir.
Xatırladaq ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu erməni işğalında olan Qarabağ torpaqlarını düşməndən azad etdi. Noyabrın 8-i Qafqazın mirvarisi, Şərqin Konservatoriyası adlanan Şuşanın azad olunduğu gün Azərbaycan tarixinə Zəfər Günü kimi həkk olundu. Şuşanın azad edilməsi müharibənin taleyinə, eləcə də regionda yaranmış yeni reallıqlara həlledici təsir göstərdi.