Xəbər Lenti
19-06-2026, 15:48
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
19-06-2026, 15:39
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
19-06-2026, 09:36
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
18-06-2026, 16:49
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
18-06-2026, 14:01
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
30 Mrt 08:01Mədəniyyət
Musiqili Teatr azyaşlı tamaşaçılarını unutmayıb
Aprelin 1-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Bremen musiqiçiləri və Pen” musiqili nağıl-tamaşası nümayiş ediləcək.
AZƏRTAC xəbər verir ki, yaradıcılıq studiyasında gənclər tərəfindən hazırlanan bu nağıl-tamaşa böyük səhnəyə vəsiqə qazanıb. Uşaqlar üçün nəzərdə tutulan yeni səhnə əsərini Anar Sadıqov Ceyms Barrinin “Piter Pen və Vendi” və Qrimm qardaşlarının məşhur “Bremen musiqiçiləri” nağıllarının süjetləri əsasında səhnələşdirib. Səhnə əsərində əsas məqsəd dostluğun, ləyaqətin insan həyatında rolunu dinamik və əyləncəli süjet xətti ilə balaca tamaşaçılara çatdırmaqdır. Uşaqların sevimli qəhrəmanlarının tamaşada görünməsi daha çox maraq doğurur. Kapitan Kruk yanlış məlumat əsasında Piter Peni həbs etmək istəyərkən çaya yıxılır. Bu zaman onun əlini timsah yeyir və bu, kapitan Krukun Piter Penə düşmən kəsilməsinə səbəb olur. Getdikcə bu mənasız düşmənçilik böyük bir ədavətə çevrilir. Bu arada onların yaşadığı şəhərcikdə vals yarışması təşkil olunur. Piter Penin sevgilisi Vendi çox gözəl bir qızdır. Onlar bu yarışmada iştirak etməyə qərar verirlər. Hamı onların qalib gələcəyinə inanır. Bunu eşidən kapitan Kruk Piter Penin sevgilisi Vendini qaçırır. Məhz bundan sonra xeyirxahlıqları və cəsurluqları ilə dünyaya səs salan Bremen musiqiçiləri işə qarışmalı olur. Gözlənilmədən axarı dəyişən hadisələrin cərəyanı pik həddinə çatır.
Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru və musiqi tərtibatçısı Zaur Əliyev, quruluşçu-rəssamı Afaq Bayramova, rejissorları Elməddin Dadaşov, Anar Sadıqov, quruluşçu-baletmeysterləri Əməkdar artist Zakir Ağayev, Yelena Ağayeva, işıq rəssamı Fuad Qədirov, rejissor-assistenti Sevinc Məmmədovadır.
Biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “iticket.az” saytından əldə etmək olar.