Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

07 Mrt 03:22Mədəniyyət

Azərbaycanın Əməkdar artisti Sahib Paşazadə Varşavada ustad dərsi keçib

Azərbaycanın Polşadakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin Frederik Şopen adına Musiqi Universitetində Azərbaycanın Əməkdar artisti Sahib Paşazadənin ustad dərsi keçirilib. Ustad dərsində həmin universitetin tələbə və müəllim heyəti iştirak edib.

AZƏRTAC xəbər verir ki, S.Paşazadə iştirakçılara Azərbaycanın milli-irsi sərvətlərindən olan tar barəsində ətraflı məlumat verib, xüsusilə xalq mahnıları zamanı, muğamların ifasında tarın müşayiətinin vacibliyi barədə danışıb. İfaçı XIX əsrin II yarısında tarın quruluşuna Sadıqcan (əsl adı Mirzə Sadıq Əsəd oğlu Sadıqcan) tərəfindən dəyişikliklər edilməsi, onun simlərinin sayının artırılaraq 5-dən 11-ə çatdırılması, həmçinin tarın tutma qaydasında dəyişikliklər edilərək onun diz üstündən sinəyə qaldırılması barədə məlumat verib. XX əsrdə daha güclü inkişaf mərhələsinə qədəm qoymuş müasir tar ifaçılığına diqqət çəkən S.Paşazadə əsası Üzeyir Hacıbəyli tərəfindən qoyulmuş notlu ifaçılıq məktəbində tarın texniki və bədii imkanlarının daha da artmasını qeyd edib.

Ustad sənətkar həmçinin UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan muğamları barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. S.Paşazadə muğam janrları, muğam məktəbləri, muğam dəsgahları barədə maraqlı mühazirə ilə çıxış edib.

Ustad dərsi həmçinin ölkəmizin tanınmış piano ifaçısı Səidə Tağızadənin müşayiəti ilə aparılıb və Azərbaycan klassik və xalq musiqisindən parçaların səsləndirilməsi ilə davam etdirilib.

Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Mühazirə auditoriya tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.