Xəbər Lenti
21-11-2026, 17:42
Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
21-11-2026, 12:55
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
21-11-2026, 08:36
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
20-11-2026, 11:20
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
20-11-2026, 11:02
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
20-11-2026, 09:36
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
19 Mrt 10:00Siyasət
Ermənistan beynəlxalq birliyi saxta iddialarına inandırmaq üçün növbəti təxribatlar axtarışındadır
Sülhü təhdid edən bu addımlarından diqqəti yayındırmaq üçün qondarma “etnik təmizləmə” və “soyqırımı” nağıllarına baş vuran Ermənistanın beynəlxalq birliyi bu saxta iddialarına inandırmaq üçün növbəti təxribatlar axtarışında olduğu aşkardır.
AZƏRTAC xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan əleyhinə 18 mart tarixli bəyanatına dair şərhində bildirilib.
A.Hacızadə qeyd edib ki, həmçinin Ermənistanın azərbaycanlılara qarşı hansı qəddarlıqla kütləvi qırğınlar törətdiyi, yalnız Xocalıda bir gecədə 613 nəfər dinc sakini qətlə yetirdiyi və soyqırımı aktları törətdiyi məlumdur. Azərbaycana qarşı təcavüz siyasəti nəticəsində 4000-ə yaxın azərbaycanlının itkin düşdüyü, Ermənistanın itkin düşmüş şəxslər barədə məlumat verməkdən boyun qaçırdığı, işğaldan azad olunmuş Azərbaycan ərazilərində bir sıra kütləvi məzarlıqlar aşkarlandığı barədə faktların danılması mümkün deyil. Ermənistanın bu kimi təcavüzkar siyasətinə baxmayaraq, Azərbaycan bir çox saxlanılan şəxsləri azad edib, 2020-ci il müharibəsindən sonra müvafiq axtarışlar apararaq 1700-dən artıq, 2022-ci il sentyabr ayında Ermənistan təxribatı nəticəsində isə 200 nəfərə yaxın erməni cəsədi Ermənistana təhvil verib. Görünür ki, Ermənistan tərəfi Azərbaycanın bu humanitar məqsədli və birtərəfli əsasda xoş niyyətlə gördüyü tədbirləri unudub.
“Bir daha Ermənistan siyasi rəhbərliyini məsuliyyətli davranmağa, regionda 44 günlük müharibədən sonra yaranmış sülh imkanlarına xələl gətirən təxribat və bəyanatlardan, yalançı ritorikadan çəkinməyə çağırırıq”, - deyə XİN-in mətbuat katibi vurğulayıb.