Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

02 Şub 02:58Siyasət

Səfir: Laçın yolunda ermənilərin iddia etdiyinin əksinə olaraq blokada və humanitar böhran yoxdur

Laçın-Xankəndi yolu humanitar məqsədlərlə keçid üçün açıqdır. Azərbaycanlı ekofəalların təşkil etdikləri aksiya isə ölkəmizin ərazilərindəki faydalı qazıntı yataqlarının ermənilər tərəfindən qanunsuz istismarının qarşısının alınmasına yönəlib.

AZƏRTAC xəbər verir ki, bu fikirlər “La Repubblica” qəzetinin Laçın-Xankəndi yolundakı “blokada” və yaşanan “humanitar böhran”la bağlı dərc etdiyi əsassız məqaləyə cavabında Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanovun nəşrin redaksiyasına göndərdiyi məktubda yer alıb.

Səfir məktubunda bildirib: “Təəssüf ki, bu məqalə son həftələrdə Azərbaycanla bağlı saxta xəbərlər və qarayaxma kampaniyasının tərkib hissəsidir. Azərbaycan 2020-ci ilin payızında Vətən müharibəsi nəticəsində Ermənistanın 30 ilə yaxın işğal altınsa saxladığı ərazilərini azad etməklə münaqişəyə son qoyub. Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən 2020-ci ilin noyabrında imzalanan üçtərəfli Bəyanat isə bütün region üçün normallaşmanın əsasını qoyub. 2022-ci ilin oktyabrında Praqa və Soçidə qəbul edilmiş birgə bəyanatlarla Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıyıb.

Son bir neçə həftədə baş verənlərə gəlincə, 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatda Laçın yolundan yalnız humanitar məqsədlər üçün istifadə olunması təsbit edilib. Ermənistan isə üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozaraq bu iki il ərzində yoldan hərbi silah-sursatın və piyada əleyhinə minaların daşınması üçün istifadə edib, həmin minalar Azərbaycan ərazilərində yerləşdirilib. Ermənilər, həmçinin Azərbaycan ərazilərindəki faydalı qazıntı yataqlarını qeyri-qanuni şəkildə istismar edib və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi bu yoldan təbii sərvətlərimizin qanunsuz dövriyyəsini həyata keçirib. Laçın yolunda erməni tərəfinin iddia etdiyinin əksinə olaraq blokada və humanitar böhran yoxdur. Yol humanitar məqsədlərlə keçid üçün açıqdır. Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına qarşı dekabrın 12-də başlayan dinc aksiya davam edir. Dekabrın 12-dən yanvarın 15-dək Laçın-Xankəndi yolundan 1200-dən çox nəqliyyat vasitəsi sərbəst hərəkət edib. Hər iki istiqamətdə gündəlik orta hesabla 30 avtomobil keçir. Faktiki olaraq heç bir yerli sakinin yoldan keçməsinə maneə törədilməyib. Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobilləri xəstələrin təxliyəsini, dərman və ərzaq daşınmasını maneəsiz həyata keçirir. Bununla belə, Azərbaycan özünü yerli erməni sakinlərin nümayəndələri kimi təqdim edən bəzi şəxslərin, sadəcə, vəziyyəti kəskinləşdirmək məqsədilə sakinlərin yoldan istifadəsinə qəsdən mane olmasından narahatlığını gizlətmir. Sakinlərin köçməsinə mane olan Ermənistan tərəfi və Azərbaycan ərazilərində yaradılmış qanunsuz rejimdir.

Fürsətdən istifadə edərək bir daha bildirirəm ki, Azərbaycan regional sülhə, sabitliyə və inkişafa sadiqdir”.