Menu
Xəbər Lenti
69 ölkədən tarixi qərar
16-10-2026, 06:31

69 ölkədən tarixi qərar

Ulduz yox, meteor yağacaq
13-10-2026, 08:33

Ulduz yox, meteor yağacaq

02 Ekm 08:01Dünya

Ukrayna “Bayraktar”ın təkmilləşdirilmiş versiyasını əldə edə bilər

 

“Türkiyə tərəfi “Bayraktar Akıncı” pilotsuz uçuş aparatlarının (PUA) Ukraynaya tədarükü məsələsini nəzərdən keçirir”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu “Baykar” şirkətinin rəhbəri Haluk Bayraktar “Azadlıq” radiosuna müsahibəsində deyib.

“Bayraktar Akıncı”ya gəlincə, bu məsələ nəzərdən keçirilir”, - o vurğulayıb.

Onun sözlərinə görə, Ukraynada müəyyən PUA növlərinin istehsal edilməsi üçün şirkət Türkiyə hökumətindən icazə almalıdır: “Müdafiə sahəsində əməkdaşlıq məsələsində dövlətin icazəsi lazımdır və bizə belə bir icazə verilib. Bu məsələ ilə bağlı yalnız onu deyə bilərəm ki, “Bayraktar Akıncı” məsələsi nəzərdən keçirilir”.