Menu
Xəbər Lenti
BÖYÜK ƏQİDƏ UĞRUNDA
24-04-2024, 10:42

BÖYÜK ƏQİDƏ UĞRUNDA

Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

05 Ara 18:21Manşet / Gündəm / Kriminal

Yarım milyon manat rüşvət almada ittiham edilən general: “Pulları Talıbovun sürücüsü və sabiq nazirə vermişəm”

 

Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

“Qafqazinfo” xəbər verir ki, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən iclasda prokuror ittiham aktını elan edib.

General xidmət rəisi işlədiyi müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ümumilikdə 52 nəfərdən külli miqdarda rüşvət almaqda ittiham edilir. Qeyd olunan əməllərə görə, T.Həsənova qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan olunub.

Müttəhim Həsənov verilmiş ittihama münasibətdə özünü qismən təqsirli bilib.

General ətraflı danışmasa da, ifadəsində Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun sürücüsünün və Muxtar Respublikanın əvvəlki ədliyyə nazirinin adını çəkib. Deyib ki, ittihamda rüşvət kimi qeyd olunan pulların bir qismini Talıbovun sürücüsü Həsən Əhmədova və sabiq nazir Daşqın Rəhimova verib.

Hakim və prokurorun “həmin pulların mənbəyi hara idi, niyə görə o, adamlara vermişdiniz?”, - suallarına isə general cavab verməyib.

Proses dekabrın 19-da davam edəcək.

Qeyd edək ki, Tofiq Həsənov bu ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib. O, ümumilikdə yarım milyona yaxın məbləği rüşvət qismində almaqda ittiham edilir.