Azərbaycan–Almaniya arsında strateji dialoq və münasibətlərin yeni siyasi platforması
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
Xətai rayon İcra Hakimiyyətində 22 İyul – Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın illik görüşündə iştirak edib
"Merhemet.TV"-nin rəhbəri Gülnara Həmidova: Milli mətbuat cəmiyyətin inkişafının və həqiqətin ən etibarlı tribunasıdır
Cənubunsəsi xəbər portalının təsisçisi və baş redaktoru Mərhəmət Lələyev təltif edildi
GİKM TƏRƏFİNDƏN REGİONLARDA SÜNİ İNTELLEKT MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SESSİYALAR KEÇİRİLİB
İcma: “ABŞ diplomatlarını riyakarlıqdan uzaq olmağa çağırırıq”
“ABŞ Səfirliyinin 7 fevral növbədənkənar prezident seçkiləri ilə bağlı verdiyi bəyanat Azərbaycan xalqının iradəsinə hörmətsizlik və elementar diplomatik qaydalara zidd olan qaba hərəkətdir”.
Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd olunub.
“30 illik Ermənistan işğalını, etnik təmizləməni, “demokratik” Nikol Paşinyanın müdafiə naziri, “dahi sərkərdə” David Tonoyanın Vaşinqtonda Azərbaycanı “yeni ərazilər üçün yeni müharibə” ilə hədələyən açıqlamasını pisləməyən, Qərbi azərbaycanlıların qayıdış hüququnu dilə gətirməyən bir ölkənin bugünkü bəyanatı çox gülünc səslənir.
Əgər ABŞ diplomatları ATƏT-in tövsiyələrinə belə önəm verirsə, ilk öncə onları elə həmin ATƏT-in 2020-ci ilin noyabr ayında ABŞ-da keçirilmiş prezident seçkiləri ilə bağlı verdiyi tövsiyələrlə tanış olmağa çağırırıq. Həmin hesabatda xüsusilə vurğulanır ki, ATƏT-in əvvəlki hesabatlarında yer almış tövsiyələr yerinə yetirilməmişdir. ABŞ diplomatlarını riyakarlıqdan uzaq olmağa çağırırıq”, - deyə bəyanatda bildirilib.























































