Menu
Xəbər Lenti
Sabah hava necə olacaq?
Bugün, 10:01

Sabah hava necə olacaq?

“Napoli” finala yüksəldi
19-12-2025, 05:14

“Napoli” finala yüksəldi

10 istiqamətdə tıxac var
18-12-2025, 05:32

10 istiqamətdə tıxac var

Faydası qabığında imiş...
18-12-2025, 05:15

Faydası qabığında imiş...

NASA-nın rəhbəri o seçildi
18-12-2025, 05:07

NASA-nın rəhbəri o seçildi

Quterreş ona zəng etdi
18-12-2025, 05:04

Quterreş ona zəng etdi

05 Şub 05:21Mədəniyyət

“Qladiator 2” filminin premyera tarixi açıqlanıb

Paramount” kinostudiyası baş rolu Rassel Krounun canlandırdığı məşhur "Qladiator" filminin növbəti bölümünün premyera tarixini açıqlayıb.

AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, hələ tam adı bəlli olmayan növbəti ekran əsəri 2024-cü il noyabrın 22-də ekranlara çıxacaq. Filmdə baş rolda “Günəşim mənim” filmindəki roluna görə 2022-ci ildə “Oskar” mükafatına namizəd olmuş Pol Meskal çəkiləcək.

Yeni layihə rejissor Ridli Skotun çəkdiyi, 11 “Oskar” nominasiyasına layiq görülərək, onlardan beşində qalib gəlmiş dünyaşöhrətli “Qladiator” tarixi dramının davamıdır. Növbəti ekran əsərinin də rejissoru və prodüseri Ridli Skot olacaq. “Qladiator 2” filminin çəkiliş cədvəli və tam aktyor heyəti hələ dəqiqləşdirilməyib.

Qeyd edək ki, "Qladiator" öz dövründə dünya miqyasında 500 milyon dollardan çox qazanc əldə edərək kommersiya filminə çevrilib. Rejissor Ridli Skot “Qladiator 2”nin hazırlanmasına çox vaxt sərf edib, səbəb isə mükəmməl bir davam filmi çəkmək idi. Nöqsanları aradan qaldırmaq üçün ssenari, həmçinin bütün layihə üzərində ciddi işlər görülüb.