Xəbər Lenti
YOLUMUZ BÖYÜK TURANADIR
21-05-2022, 10:36

YOLUMUZ BÖYÜK TURANADIR

27 yan 08:17Gündəm / Dünya

Çin məşhurlarla bağlı qalmaqallar və şayiələrə qarşı mübarizəyə başlayıb

Çin hakimiyyəti onlayn məzmuna nəzarəti daha da gücləndirib.
Belə ki, müvafiq qurumlara yerli internet resurslarını məşhurlar barədə yayılan dedi-qodulardan təmizləmək tapşırılıb.
Bu barədə xarici KİV məlumat yayıb.
Qeyd olunub ki, rəsmi Pekin vətəndaşların ayrı-ayrı ulduzlara daha çox diqqət yetirməyə başlamasından narahatdır. Çünki əyləncə sənayesinin inkişafı fan-klubların yaranmasına səbəb olub ki, onlardan bəziləri son dərəcə aqressivdir.
Qış Olimpiya Oyunları ərəfəsində Pekin bu cür fan-klubları və onları qidalandıran internet məzmununu dövlətin ictimai və siyasi sabitliyinə ciddi təhdid hesab edir. Buna görə də hakimiyyət məşhurların qalmaqalları ilə bağlı məlumatların dərhal silinməsini tələb edib.
Öz növbəsində, Çinin internet tənzimləyicisi ulduzlara pərəstişin yetkinlik yaşına çatmayan çinlilərin psixi sağlamlığına mənfi təsir etdiyini bildirib.
Mənbə:Oxu.Az