Xəbər Lenti
Dün, 08:14
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
7-10-2026, 16:59
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
7-10-2026, 08:28
“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
7-10-2026, 07:54
Edamdan sağ çıxan Krista bir həftə sonra özünə gəldi - İki ölümcül iynə onu öldürməmişdi
5-10-2026, 11:47
“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
5-10-2026, 11:41
Olimp Hospital və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Müəllimlər Gününə həsr olunmuş maarifləndirici seminar keçirilib.
5-10-2026, 11:36
“Məktəbəqədər təhsil: keyfiyyətli başlanğıc, dayanıqlı inkişaf” konfransı keçirilib
30 Ara 06:43Cəmiyyət
Dövlət Məşğulluq Agentliyinin rəsmi saytı beynəlxalq mükafata layiq görülüb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin rəsmi veb-saytı (www.dma.gov.az) “Qlobal Hökumət Mükəmməlliyi” (Global Government Excellence) mükafatı üzrə “İlin veb-saytı” nominasiyasının qalibi olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Qlobal Hökumət Mükəmməlliyi” mükafatı üzrə 2022-ci ilin yekunlarına əsasən iki nominasiya – “İlin veb-saytı” və “Marketinq və kommunikasiya” üzrə qiymətləndirmə keçirilib.
Nominasiyalarda ABŞ, Böyük Britaniya, Kanada, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Avropa və Afrikadan olan ölkələrin sosial xidmətlər üzrə layihələri iştirak edib.
Dövlət Məşğulluq Agentliyi bir çox aparıcı ölkələrdən olan nominantları qabaqlayaraq “İlin veb-saytı” nominasiyası üzrə ən yüksək “Platinum” mükafatına layiq görülüb.
Mükafat baş ofisi Birləşmiş Ərəb Əmirliyinin Dubay və ABŞ-ın Los-Anceles şəhərlərində yerləşən “Qlobal Hökumət Mükəmməlliyi” beynəlxalq şirkəti tərəfindən təsis edilib.
Mükafatın münsiflər heyətində dünyanın aparıcı ölkələrinin bu sahədə ixtisaslaşmış mütəxəssisləri yer alıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır