Menu
Xəbər Lenti
Əcnəbilər SAXLANILDI
Bugün, 11:06

Əcnəbilər SAXLANILDI

06 Ara 18:05---

Malay Universitetinin professoru: Azərbaycanla dostluq davam edəcək

Malayziya Azərbaycanla sıx dostluq münasibətlərinə malikdir və bu yeni Baş nazir Ənvər İbrahimin hökuməti dövründə də davam edəcək.

Bu sözləri AZƏRTAC-ın region ölkələri üzrə xüsusi müxbirinə Malay Universitetinin professoru, universitetin beynəlxalq və strateji araşdırmalar mərkəzinin baş elmi işçisi Roy Antoni Rogers deyib.

Malayziyanın yeni Baş nazirinin ölkədə əsasən islahatçı siyasətçi kimi tanındığını qeyd edən professor bildirib ki, hökumətin formalaşmasından sonra Ənvər İbrahim ilk növbədə seçicilərinə verdiyi vədləri həyata keçirməyə, ölkə iqtisadiyyatını dirçəltməyə çalışacaq. Ənvər İbrahimin son 24 ildə ölkədə islahatların aparılmasına çalışdığını xatırladan malayziyalı ekspert onun hökumət başçısı olduqdan sonra bu addımları atmaq üçün real imkanlar qazandığını bildirib. Bununla yanaşı, Ənvər İbrahimin rəhbərlik etdiyi koalisiyanın parlamentdə çox da böyük üstünlüyə malik olmadığını və bunun onun gələcək fəaliyyətində problemlər yarada biləcəyini də əlavə edib. Vurğulayıb ki, həmişə mübarizliyi ilə diqqət çəkən yeni Baş nazirin bu çətinlikləri aradan qaldıracağına və insanlara yardım edəcəyinə inanır.

Yeni hökumətin dövründə Malayziyanın Azərbaycan ilə münasibətlərinin perspektivləri barədə sualı cavablandıran ekspert bildirib ki, iki ölkə arasında həmişə dostluq münasibətləri mövcud olub. Malayziya Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionunu və ətraf əraziləri işğal etdiyi dövrdə həm BMT-də, həm də digər beynəlxalq təşkilatlarda ölkəmizin ərazi bütövlüyünü dəstəkləyib. Qeyd edib ki, bu gün Azərbaycan öz torpaqlarını azad etdikdən və müharibəni Qələbə ilə başa vurduqdan sonra Malayziya Qarabağ regionunun bərpasına öz dəstəyini göstərməli, bu ərazilərin yenidən qurulmasına yardım etməlidir. Bundan əlavə, Malayziya İslam Əməkdaşlıq Təşkilatının digər üzvləri ilə birlikdə Azərbaycan ərazisinə ermənilər tərəfindən basdırılmış minaların çıxarılmasına da köməyini əsirgəməməlidir.

Gələn il Malayziya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd olunacağını xatırladan professor iki dost ölkə arasında münasibətlərin Ənvər İbrahim hökuməti dövründə daha da inkişaf edəcəyinə inandığını bildirib.