Space TV də yayımlanan "Qarabağ Azərbaycandır!" verilişi bu dəfə qəhrəmanlar diyarı olan Beyləqana səfər etdi.
"Evdəkilər nə iş gördüyümü bilsəydilər, yeyib-içdiyimi burnumdan gətirərdilər" - "Qumar milyonçuları"nın MƏHKƏMƏSİ
Sağlamlıqla oynayanlar, Susdurulan zərərçəkən və şübhə doğuran qərar: Prokurorluq nəyi gizlədir? FOTO/VİDEO
Baş rol ifaçısı Doğukan Güngör Türkiyənin məşhur "Kızılcık şerbeti" serialını tərk etməli oldu
WUF13 çərçivəsində keçiriləcək tərəfdaş tədbirləri üzrə müraciətlərin qəbulunun başa çatmasına son bir həftə qalıb
Yük maşını sürücülərinin "qorxulu yuxusu": Avropanın ən stresli şəhərləri məlum oldu
Sabah ekoturizm həvəskarlarına bu hədiyyələr veriləcək
İyunun 22-si saat 15:00-da Dənizkənarı Milli Parkda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə “Azərbaycanın milli parklarının tanıtımı” adlı tədbir keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova feysbuk hesabında yazıb.
Bildirib ki, “Biomüxtəliflik-təbiətin harmoniyası” devizi altında baş tutacaq tədbirdə vətəndaşlar milli parkların tanıtımını əks etdirən stendləri gəzərək ölkəmizdəki milli parklarla virtual tanışlıq imkanı əldə edəcəklər.
İradə İbrahimova qeyd edib ki, tədbirdə milli parklara aid videoçarxlar nümayiş etdiriləcək, milli parklarda fəaliyyət göstərən ekoturizim marşrutları, xüsusi mühafizə olunan təbiət ərazilərinin flora və faunasına aid tanışlıq guşələri yer alacaq, həmçinin ziyarətçilərə milli parklarda asudə vaxtlarını necə maraqlı keçirə biləcəkləri haqqında məlumat veriləcək: “Eyni zamanda tədbirdə interaktiv zona yaradılacaq, həvəskar rəssamlar və könüllülər milli parklara aid rəsmlər çəkəcək, iştirakçılar arasında ekoviktorina, “Ekosfera" sosial-ekoloji mərkəz tərəfindən müxtəlif interaktiv oyunlar təşkil olunacaq. Qaliblər ekoçanta, ətraf mühitin mühafizəsinə aid kitab və milli parklara giriş bileti ilə mükafatlandırılacaq”.
İ.İbrahimova tədbirin Dənizkənarı Milli Parkda, Azərbaycan Dövlət Kukla Teatrının binasının arxasında təşkil olunacağını bildirib: “Milli parklarımızla, onların rəngarəng təbiəti ilə yaxından tanış olmaq, maraqlı və əyləncəli vaxt keçirmək üçün fürsəti qaçırmayın!”























































