Azərbaycan–Almaniya arsında strateji dialoq və münasibətlərin yeni siyasi platforması
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
Xətai rayon İcra Hakimiyyətində 22 İyul – Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın illik görüşündə iştirak edib
"Merhemet.TV"-nin rəhbəri Gülnara Həmidova: Milli mətbuat cəmiyyətin inkişafının və həqiqətin ən etibarlı tribunasıdır
Cənubunsəsi xəbər portalının təsisçisi və baş redaktoru Mərhəmət Lələyev təltif edildi
GİKM TƏRƏFİNDƏN REGİONLARDA SÜNİ İNTELLEKT MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SESSİYALAR KEÇİRİLİB
Ukrayna F-16-ları bu il əldə edə bilməyəcək
Ukrayna 2023-cü ilin payız və ya qışında ABŞ-nin F-16 qırıcılarını, yəqin ki, əldə etməyəcək.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının müşaviri Yuri İqnat “Rada”nın telemarafonunda bildirib.
O vurğulayıb ki, bu qırıcıların tez bir zamanda çatdırılmasına “böyük ümidlər” bəslənilib.
“Sözsüz, təəssüf ki, bizim artıq payız və qış boyu F-16 təyyarələri ilə Ukraynanı qoruya bilməyəcəyimiz bəllidir. Bu təyyarəyə böyük ümidlər var idi ki, o, həqiqətən də hava hücumundan müdafiə sisteminin bir hissəsi ola və Rusiyanın raket və dron hücumlarından müdafiə olunmağa kömək edə bilər”, - İqnat qeyd edib.
Onun sözlərinə görə, bu qırıcıları idarə etmək üçün ukraynalı pilotların hazırlanmasına yaxın vaxtlarda başlanacaq, çünki bu “məsələdə irəliləyiş var”. Onların təlim keçməsinə icazə bu yaxınlarda Vaşinqton tərəfindən verilib.
Xatırladaq ki, daha öncə Ukraynanın xarici işlər naziri Dmıtro Kuleba F-16 qırıcılarının 2024-cü ilin birinci rübünün sonunadək Ukraynada ola biləcəyini demişdi.























































