Netanyahu İsrail və İran xalqlarına müraciət etdi: "Hərbi əməliyyatlar hakimiyyət dəyişikliyi üçün şərait yaratmalıdır"
KİV: Netanyahu yeraltı bunkerdə təhlükəsizlik qüvvələrinin rəhbərləri ilə görüş keçirir
İsrail-İran MÜNAQİŞƏSİ - Tehrandan başqa, daha altı şəhərdə PARTLAYIŞ SƏSLƏRİ EŞİDİLİR
Məktəblərdə şagirdlərin pis vərdişlərdən qorunması: maarifləndirmənin zəruriliyi və məsuliyyət bölgüsü.
Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində görüşlər keçirir
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov ilə birlikdə Harvard Kennedi Məktəbinin “Growth Lab” laboratoriyasının direktoru Rikardo Hausmanla görüşüb.
Bu barədə nazir rəsmi “X” hesabında paylaşım edib.
“Strateji araşdırma və rəqəmsallaşma sahəsində qlobal trendlər, ölkəmizin iqtisadi diversifikasiya prioritetləri, davamlı inkişaf hədəfləri və potensial əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi apardıq”, - M.Cabbarov bildirib.
10:13
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə “Honeywell” şirkətinin baş icraçı direktoru Vimal Kapur ilə görüşüb.
Bu barədə nazir rəsmi “X” hesabında paylaşım edib.
“Şirkətin ölkəmizlə əməkdaşlığı, təqdim edilən innovativ həllərin Azərbaycanda dayanıqlı enerji resurslarından istifadənin genişləndirilməsi üçün potensial əhəmiyyəti və iqtisadiyyatın bir çox sahələrində səmərəli fəaliyyətin təşkili barədə fikir mübadiləsi apardıq”, - M.Cabbarov bildirib.
09:09
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində “McKinsey & Company” şirkətinin tərəfdaşı ilə görüşüb.
Bu barədə nazir rəsmi “Facebook” səhifəsində paylaşım edib.
Paylaşımda bildirilir:
“Davos İqtisadi Forumu çərçivəsində “McKinsey & Company” şirkətinin regional idarəedici tərəfdaşı Özgür Tanrıkulu ilə Azərbaycanda keçiriləcək COP29 tədbiri çərçivəsində potensial tərəfdaşlıqlar, biznes mühitinin və insan kapitalının innovativ əsaslarla inkişafı istiqamətində şirkətlə əməkdaşlıq və iqtisadiyyatda rəqəmsal transformasiyanın perspektivləri barədə danışdıq”.























































