Elmar Hüseynov: “Hələ də müharibə veteranı statusunu ala bilməyən döyüşçülərimiz var
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI
"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham (FOTO/VİDEO)
Sadır Japarov: “Ölkələrimiz bundan sonra da hərbi-texniki sahədə əməkdaşlıqda maraqlıdır”
Dövlətə xəyanətdə ittiham olunan şəxsə hökm oxundu
Dövlətə xəyanətdə ittiham olunan Əli Əliyevin (Behişti) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən təqsirləndirilən şəxs Əli Əliyev 15 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən ilin aprel ayının 6-da həyata keçirilən əməliyyatlar zamanı Binə qəsəbə sakini Əli Behişti saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb. Yaşadığı evə keçirilmiş baxış zamanı xarici xüsusi xidmət orqanları ilə əlaqəsini təsdiq edən müxtəlif sənədlər aşkar edilərək götürülüb. Əli Əliyev ifadəsində törətdiyi əməlləri etiraf edərək 2007-ci ildən etibarən xarici xüsusi xidmət orqanları ilə sıx əməkdaşlıq etdiyini, onların tapşırıqlarının icrası ilə əlaqədar müxtəlif məbləğlərdə pul vəsaitləri aldığını bildirib.