Menu
Xəbər Lenti
Xəzərdə zəlzələ oldu
31-05-2025, 11:31

Xəzərdə zəlzələ oldu

Sabah 36 dərəcə isti olacaq
31-05-2025, 11:21

Sabah 36 dərəcə isti olacaq

Saleh Səmədov həbs edildi
31-05-2025, 11:17

Saleh Səmədov həbs edildi

Tramp onları əfv etdi
30-05-2025, 06:32

Tramp onları əfv etdi

05 Nis 16:09Manşet / Gündəm

Azərbaycanda yeni radio fəaliyyətə başlayır

 

Azərbaycanda tibb sahəsi üzrə ixtisaslaşmış radio fəaliyyətə başlayır.

Bu barədə Azərbaycan Respublikası Audiovizual Şurası məlumat yayıb.

Bildirilib ki, Şuranın iclasında ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün elan olunmuş müsabiqənin qalibi elan edilib. Müsabiqəyə sənədlərini təqdim etmiş ümumən iki iddiaçı arasında daha üstün texniki, kadr və iqtisadi potensiala malik olan iddiaçı - “Sağlam Media” MMC (radio redaksiyanın adı “Sağlam Radio”) qalib elan olunub və müsabiqə üzrə yekun qərar verilib.

Qəbul edilmiş qərara əsasən Bakı şəhərindəki “Bakı Teleqüllə Kompleksi”ndən 93.0 MHs, Ağstafa rayonu ərazisindəki “Poylu” RTYS-dan 105.7 MHs, Quba rayonu ərazisindəki “Dağlı” RTYS-dan 104.7 MHs, Şirvan şəhəri ərazisindəki “Şirvan” RTYS-dan 104.5 MHs radiotezlikləri “Sağlam Radio” kanalının yayımı üçün “Sağlam Media” MMC-nin istifadəsinə ayrılıb.