“Milli mətbuatın inkişafı üçün ölkəmizdə əlverişli şərait yaradılıb” - Kamaləddin Qafarov
Prezident İlham Əliyevin strateji çıxışı çağdaş informasiya dövründə Azərbaycanın yol xəritəsidir
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada inşa edilən birinci yaşayış kompleksində olublar
Füzuli RİH başçısı Alı Alıyev və “Azərşəkər” MMC-nin şəhid ailəsinə qarşı ədalətsiz davranışı: Torpaq əlindən alınıb?! – İDDİA/VİDEO
Yağış, külək, dolu... - Sabahın havası
Sentyabrın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək.
Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən xəbərə görə, şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 18-22° isti, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 15-19° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.