Menu
Xəbər Lenti
O, bir dərya idi
Dün, 15:06

O, bir dərya idi

Bu ərazilərdə leysan var
20-07-2026, 09:45

Bu ərazilərdə leysan var

Vens 4-cü dəfə ata oldu
20-07-2026, 09:41

Vens 4-cü dəfə ata oldu

Şəhid övladları Fransada
19-07-2026, 09:29

Şəhid övladları Fransada

22 Eyl 12:59Manşet / Gündəm

Avtomobillər qəfildən niyə yanır?

 

Hərəkətdə olan avtomobil anidən tüstüləyərək alışmağa başlayıb. Yanğının səbəbi isə son ana qədər məlum olmur.

Xezerxeber.az-ın məlumatına görə, bu kimi hallara son vaxtlar Bakıda tez-tez rast gəlinir.
Avtomobilin elektron sistemləri üzrə mütəxəssis Xaliq Əliməmmədov deyir ki, "avtomobil yandı” deyiləndə düşünülən ilk məsələ əlavə qurğulardır. Lakin bəzi avtomobillər ya ehtiyatsızlıqdan, ya zavod xətasından alışır.
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Onun sözlərinə görə, son vaxtlar bazarda elektrik müəhərrikli avtomobillərin sayı artmaqdadır. Bəzi hallarda bu maşınlar ölkəyə gətirilərkən düzgün daşınmır. Bu da sonradan ciddi problemlərin yaranmasına gətirib çıxarır.
Mütəxəssis əlavə edib ki, sürücülər avtomobil almamışdan əvvəl həmin modelləri hərtərəfli araşdırmalı və sonra qərar verməlidir.