Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən Ulu Öndər Heydər Əliyevin anım günü qeyd olunub
İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Neymar yenidən zədələndi

Səudiyyə Ərəbistanının “Əl-Hilal” futbol klubunun braziliyalı hücumçusu Neymar yenidən zədələnib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Belə ki, bazar ertəsi “Əl-Hilal” Asiya Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində öz meydanında İranın “İstiqlal” klubuna qalib gəlib (4:0).
Neymar 57-ci dəqiqədə meydana daxil olsa da, yarım saat sonra əvəzlənib.
Nəşrin məlumatına görə, braziliyalı sağ ayağındakı diskomfort səbəbindən əvəzlənməli olub.
Qeyd edək ki, oktyabrın 21-də Neymar Asiya Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunun BƏƏ-nin “Əl-Ayn” klubu ilə səfər oyununda (5:4) meydana çıxıb və bir ildən sonra ilk dəfə rəsmi oyunda iştirak edib.
Xatırladaq ki, Neymar 2023-cü ilin oktyabrında Braziliya millisinin 2026-cı il dünya çempionatının seçmə mərhələsinin Uruqvayla görüşündə zədələnmişdi.























































