Menu
Xəbər Lenti
O, bir dərya idi
Dün, 15:06

O, bir dərya idi

Bu ərazilərdə leysan var
20-07-2026, 09:45

Bu ərazilərdə leysan var

Vens 4-cü dəfə ata oldu
20-07-2026, 09:41

Vens 4-cü dəfə ata oldu

Şəhid övladları Fransada
19-07-2026, 09:29

Şəhid övladları Fransada

11 Kas 08:28Manşet / Gündəm

Bakı bulvarında görüntülənən nədir?

Bu gün səhər saatlarında Xəzərin sahilində balinaya bənzər canlının tapılması ilə bağlı iddialar yayılıb. 

“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə sürətlə yayılan qeyri-dəqiq məlumatlarda onun kaşalot olması bildirilib.

Amma sözügedən nəhəng növün Xəzərin Bakı sahilində tapılması real görünmür. Bu, sadəcə olaraq COP29-un açılış günündə həyata keçirilən bir layihədir. 

Məsələ ilə bağlı hələ ki, rəsmi məlumat verilməsə də, bununla sualtı aləmin problemlərinə, nəsli kəsilməkdə olan balıq növlərinə diqqət çəkildiyini demək mümkündür.

Qeyd edək ki, sözügedən layihə iqlim dəyişikliklərinə diqqət çəkmək üçün “Captain Boomer” əsəridir. Bu maket dünyanın bir çox şəhərlərində zaman-zaman sərgilənir.