Menu
Xəbər Lenti
O, bir dərya idi
Dün, 15:06

O, bir dərya idi

Bu ərazilərdə leysan var
20-07-2026, 09:45

Bu ərazilərdə leysan var

Vens 4-cü dəfə ata oldu
20-07-2026, 09:41

Vens 4-cü dəfə ata oldu

Şəhid övladları Fransada
19-07-2026, 09:29

Şəhid övladları Fransada

22 Kas 08:08Manşet / Gündəm

Təbriz sakini azərbaycanlı olduğuna görə Ermənistanda döyüldü

Ermənistanda Təbriz sakini Azərbaycan türkü olduğuna görə döyülüb.
Qaynarinfo xəbər verir ki, məlumatı "Azad İran” yayıb.
Bildirilib ki, işləmək məqsədilə Ermənistana gedib-gələn Təbriz sakini heç bir səbəb olmadan, yalnız etnik azərbaycanlı olduğu üçün ermənilər tərəfindən bir neçə dəfə döyülüb.
Məlumata görə, o, zorakılığa məruz qaldığı anları əks etdirən müşahidə kamerasının görüntülərini əldə edib. Ermənilərin fiziki təzyiqinə məruz qalan təbrizli təhlükəsizliyini təmin etmədiyinə görə Ermənistan hökumətini məhkəməyə vermək niyyətində olduğunu açıqlayıb.