Menu
Xəbər Lenti
Telefonla danışdılar
Bugün, 05:17

Telefonla danışdılar

“Narazıyam” - Tramp
Bugün, 05:08

“Narazıyam” - Tramp

Bu gün imtahan var
Dün, 08:29

Bu gün imtahan var

Təl-Əvivə bomba yağır
7-03-2026, 08:29

Təl-Əvivə bomba yağır

08 Şub 08:25Manşet / Gündəm

Əsgərlərlə görüşə getmək istəyənlərin nəzərinə

Əsgərlərlə görüşə getmək istəyənlərin nəzərinə

"Ölkəmizdə mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub".
Qaynarinfo-nun xəbərinə görə, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hərbi hissələrin ictimaiyyətlə məhdud ünsiyyət şəraitində olması komandir-rəis heyəti və hərbi tibb personalı tərəfindən hərbi qulluqçuların səhhətinin diqqət mərkəzində saxlanılması üçün effektiv qabaqlayıcı tədbirlərin keçirilməsinə əlverişli imkan yaradır:
"Şəxsi heyətin sağlam və yüksək kalorili qidalarla təmin olunması, onlara fərdi gigiyena qaydalarının, gündəlik fəaliyyətlər zamanı kompleks profilaktik tədbirlərin vacibliyinin çatdırılması, eləcə də maarifləndirici söhbətlərin aparılması sayəsində yoluxma hallarının qarşısının alınması təmin edilir".
"İctimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı, xüsusilə andiçmə mərasimləri zamanı hərbi hissələrə gəlməməyi xahiş edirik", - deyə məlumatda qeyd olunub.