Menu
Xəbər Lenti
Türkiyədə zəlzələ oldu
18-05-2025, 09:57

Türkiyədə zəlzələ oldu

HAMAS lideri öldürüldü
18-05-2025, 09:56

HAMAS lideri öldürüldü

Ərdoğan da Albaniyaya gedir
16-05-2025, 06:48

Ərdoğan da Albaniyaya gedir

Şamaxıda zəlzələ oldu
15-05-2025, 07:12

Şamaxıda zəlzələ oldu

Tramp da Türkiyəyə getmir
15-05-2025, 06:31

Tramp da Türkiyəyə getmir

Zelenski Türkiyəyə getdi
15-05-2025, 06:30

Zelenski Türkiyəyə getdi

08 Mrt 13:32Manşet / Gündəm

Abşeron Rayon Mərkəzi Xəstəxanasında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid, qazi, veteran analarını, xanımlarını və qızlarını təbrik edilib

Abşeron Rayon Mərkəzi Xəstəxanasında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid, qazi, veteran analarını, xanımlarını və qızlarını təbrik edilib

Abşeron Rayon Mərkəzi Xəstəxanasının təşəbbüsü və Abşeron Rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının dəstəyilə xəstəxanada çalışan şəhid, qazi, veteran ailələri ilə görüş keçirilib. 

Baş tutan görüşdə Səkinə Sadıxova ərazi bütövlüyümüzün uğrunda canından keçən şəhidlərimizə rəhmət diləyib, sağlamlığını itirən qazilərimizə, müharibə veteranlarına cansağlığı arzulayıb. S. Sadıxova sonda tədbirdə iştirak edən xanımların timsalında hər bir Azərbaycan xanımını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edib, dünyanın bütün xoşbəxtliklərini onlar üçün arzulayıb. 

Təbrik çıxışı edən Elvin Məmmədzadə bütün xanımları bayram münasibəti ilə təbrik edərək hər zaman baş tacı olduğlarını ifadə edib. 

Xatirə İsmayılova  öz növbəsində bir şəhid ailəsi olaraq xüsusən Abşeron Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyev, eləcə də Səkinə Sadıxova tərəfindən rayon ərazisində yaşayan şəhid ailələrinə, qazilərə xüsusi diqqətin, qayğının göstərildiyini və 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil edilmiş bu görüşün də bunun bir parçası olduğunu vurğulayıb, təşəkkürünü bildirib. 

Görüşün sonunda hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkilib.