Xəbər Lenti
Dün, 06:58
Mehriban Əliyevanın fəaliyyəti sübut edir ki, dövlət gücü yalnız hüquqi mexanizmlərlə deyil
5-02-2026, 07:47
Məktəbi xarici ölkədə bitirən şəxslər Azərbaycanda ali təhsil almaq üçün hansı sənədləri təqdim etməlidirlər?
5-02-2026, 07:45
Sahibkarların nəzərinə: Aqrar müəssisələrin baş planlarına dair tələblər təsdiqləndi
5-02-2026, 07:42
"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
5-02-2026, 07:36
ABŞ nadir torpaq elementlərinin istehsalını artırır - Çindən asılılıq narahatlıq yaradıb
Bir ayda ölkəyə 69 kq insan saçı gətirilib - Qiymətlər

Bu ilin ilk ayında Banqladeş, Çin və Türkiyədən toplamda 69.4 kq insan saçından parik, şinyonlar gətirilib.
Valyuta.Az xəbər verir ki, idxal olunan saçın 1 kq-nin ortalama qiyməti 598.71 manat olub.
Məlumata əsasən, idxal olunan saçın 1 kq-si Banqladeşdən təxminən 359.29 dollar və ya 610.79 manata, Çindən 350.23 dollar və ya 595.39 manata, Türkiyədən isə 350 dollar və ya 595 manata gətirilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə isə idxalda təxminən 2.86 dəfə və ya 45.1 kq artım qeydə alınıb.
Xatırladaq ki, 2024-cü ilin yanvar ayında idxal Çin, Hindistan, İtaliya və Polşadan idxal həyata keçirilib.
Belə ki, Çindən 1 kq-si təxminən 349.59 dollar və ya 594.30 manatdan 12.3 kq, Hindistandan 428 dollar və ya 727.60 manatdan 10 kq, İtaliya və Polşadan isə müvafiq olaraq 110 dollar (187 manat) və 510 dollardan (867 manat) 1 kq idxal həyata keçirilib.






















































