Azərbaycan–Almaniya arsında strateji dialoq və münasibətlərin yeni siyasi platforması
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
Xətai rayon İcra Hakimiyyətində 22 İyul – Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın illik görüşündə iştirak edib
"Merhemet.TV"-nin rəhbəri Gülnara Həmidova: Milli mətbuat cəmiyyətin inkişafının və həqiqətin ən etibarlı tribunasıdır
Cənubunsəsi xəbər portalının təsisçisi və baş redaktoru Mərhəmət Lələyev təltif edildi
GİKM TƏRƏFİNDƏN REGİONLARDA SÜNİ İNTELLEKT MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SESSİYALAR KEÇİRİLİB
“Generalı biz öldürmüşük” - Ukraynadan etiraf
Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, general-leytenant Yaroslav Moskalikin ölümü ilə nəticələnən partlayışı Ukrayna xüsusi xidmət orqanları təşkil edib.
“Qafqazinfo” xəbər verir ki, bunu “Ukrainskaya pravda”ya müsahibəsində Ukrayna Ali Radasının Milli Təhlükəsizlik üzrə parlament komitəsinin katibi Roman Kostenko deyib.
“Mən təsdiqləyirəm. Bu, bizim xüsusi xidmət orqanlarının düzgün işidir. Məncə, hamı başa düşməlidir. Müharibə yaxın gələcəkdə bitsə belə, xüsusi xidmət orqanlarının fəaliyyəti hələ yeni başlayacaq”, - deyə Kostenko vurğulayıb.
O, həmçinin qeyd edib ki, ləğvetmə əməliyyatları Ukraynada dinc əhaliyə atəş açan, Ukraynanın dinc şəhərlərinə raketlər atan və ya müvafiq qərarlar qəbul edib əmr verənlərin hamısına aid olacaq.
Xatırladaq ki, aprelin 25-də səhər 10:40 radələrində Moskva vilayətinin Balaşixa şəhərində yaşayış binasının qarşısında park edilmiş vəziyyətdə olan “Volkswagen” avtomobili partladılıb. Partlayış nəticəsində general-leytenant Yaroslav Moskalik həlak olub.
Rusiya Federal Təhlükəsizlik Xidməti şübhəli bilinən İqnat Kuzin adlı şəxsin Türkiyədə saxlanıldığını açıqlayıb.























































