İcra başçısı-qadın sahibkar qalmaqalı: mülk dağıdanların milyonluq mülkləri (VİDEO)
Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə ÇAĞIRILDI
Rusiyada OMON-çuların işgəncə verdiyi azərbaycanlı: "Ukrayna müharibəsinə göndərmək istəyirdilər"
XİN: İranın səfirinin Qərbi Azərbaycan İcması ilə bağlı təhrifəri təəccüb və qəzəb doğurur
Şəhid Kəşfiyyatçı Məsimov Əkbər Yunis oğlu – “Qəhrəman, igid, cəsur şəhidimiz. Ailəsinin qüruru, xalqın fəxri”
Bakıda sabiq məmurun nəvəsi qadının evinə hücum edib? - "Bizə heç kim, heç nə edə bilməz" deyib
Bakıda qadın keçmiş sevgilisi tərəfindən bıçaqlı hücuma məruz qalıb.
Oxu.Az xəbər verir ki, hadisə bu gün axşam saatlarında, Şərafət Babayevanın mənzilində baş verib.
Zərərçəkənin bildirdiyinə görə, 3-4 gün əvvəl ayrıldığı sevgilisi Murad Əhmədov onun yaşadığı binanın 6-cı mərtəbəsindəki mənzilinə dəhlizdə yerləşən pəncərədən daxil olub.
Ş.Babayevanın verdiyi məlumata əsasən, M.Əhmədov əvvəlcə 2 saat ərzində mənzilin qapısını döyüb, qapını aça bilməyəndən sonra isə binanın dəhlizindəki pəncərədən dırmaşaraq evə daxil olub. O, zərərçəkənin telefonunu əlindən almağa çalışıb və mətbəxdən götürdüyü bıçaqla onu hədələyib. Müqavimət zamanı isə qadının əli bıçaqla yaralanıb.
Zərərçəkən bildirib ki, M.Əhmədov babası Oqtay Atakişiyevin Müdafiə Sənayesi Nazirliyində sabiq vəzifəli şəxs olması ilə öyünərək, ona qarşı hər hansı tədbirin görülməyəcəyini iddia edib.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır və ictimaiyyətə əlavə məlumat veriləcək.