Əhliman Əmiraslanov: "Azərbaycanda ilk ürək transplantasiyasından sonra donorların sayı artıb"
QARABAĞ MÜHARİBƏSİ VETERANLARI VƏ QAZİLƏRİ HƏBS OLUNAN POLKOVNİKƏ GÖRƏ PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİLƏR
Rusiya rəsmisi: "Ermənistanın Aİ ilə yaxınlaşması müttəfiqlik münasibətlərimizə mənfi təsir edəcək"
Şəkidə ana və oğlunu narkotiklə şərləməkdə təqsirləndirilən tanınmış iş adamı həbs olundu
Agentlik sədri: "2030-cu ilədək 14 regional DOST mərkəzinin istifadəyə verilməsi planlaşdırılır"
Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinin rəhbəri və iki əməkdaşı saxlanıldılar
İmişli rayonunda 1İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib

İmişli Rayon İcra Hakimiyyəti və Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə 1 İyun Beynəlxalq Uşaqlar Müdafiəsi Gününə həsr olunmuş “ Uşaqları sevək” adlı tədbir keçirilib.
Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin rəsmiləri şəhid ailələrinin, müharibə əlillərinin övladları, xüsusi qayğıya ehtiyacı olan uşaqlar, onların valideynləri və media nümayəndələri iştirak ediblər.
Çıxış edən QHT sədri Yasəmən Qəyyumlu və İmişli Rayon İcra Hakimiyyətinin rəsmisi Rüfət Muradov uşaqları bayram münasibətilə təbrik edərək onlara sağlam, firavan və uğurlu gələcək arzulayıblar. Qeyd olunub ki, ölkəmizdə uşaqların rifahı, təhsili və inkişafı daim diqqət mərkəzində saxlanılır, onların hüquqları qorunur. Bildirilib ki, respublikamızın hər yerində olduğu kimi, İmişli rayonunda da bu sahəyə xüsusi diqqət yetirilir. Uşaqlarımızın təhsili, sağlamlığı və əyləncəsinin təmin olunması məqsədilə hər il müxtəlif tədbirlər həyata keçirilir. Həmçinin vurğulanıb ki, azyaşlıların sosial müdafiəsinin gücləndirilməsi siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu siyasət Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Şənlikdə uşaqlar rəngarəng rəqslər, mahnılar, şeirlər və maraqlı səhnəciklərlə çıxış edərək öz bacarıq və istedadlarını nümayiş etdiriblər. Tədbir bayram əhval-ruhiyyəsində keçib, uşaqların sevinci, valideynlərin məmnunluğu və hər kəsin xoş təəssüratları ilə yadda qalıb. Sonda iştirakçılarla xatirə şəkli çəkilib.
Fərid Səfərov

























































































