Çilidə Qələbə Yolu: Xocalı İdman Klubunun Peşəkar İdmançısı Elnur Mustafayev 67 kq-da Azərbaycanı Təmsil Edir
Azərbaycan telekanallarının "YouTube" göstəriciləri: Dekabr ayının reytinq cədvəli açıqlanıb
Nisə Rafiq qızı İbrahimovanın ad günü və Yeni 2026-cı il münasibətilə səmimi təbrik
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 2026-cı il münasibətilə səmimi təbrik
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə paylaşım edib
Mənimsədiyi pullarla sevgilisinə 1000 qızılgül almışdı - 8 illik həbs

Bakıdakı “Badamdar Hotel & Residences” hotelinin baş xəzinadarı vəzifəsində çalışmış Dünyamalı Qarayev barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 30 yaşlı D.Qarayev Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib.
Ona qarşı irəli sürülən 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddə üzrə ittiham isə hökmdən xaric edilib.
Bildirilib ki, “PMD Hospitality” şirkətlər qrupuna məxsus “Badamdar Estates” MMC-nin tabeliyində fəaliyyət göstərən, Səbail rayonu Mikayıl Müşfiq küçəsində yerləşən “Badamdar Hotel & Residences”də baş xəzinədar olan Dünyamalı iş yerinə məxsus ümumilikdə 163.259,46 manat pulu mənimsəyib.
Belə ki, o, kassaya daxil olan sənədləri rəsmi qeydiyyata aldıqdan sonra məbləğlərə vergül əlavə etməklə sənədləri dəyişib və daha az məbləğ göstərib. Məsələn, 4000 manat məbləğli mədaxil qəbzinə vergül əlavə edərək məbləği 400,0 manat kimi göstərib, qalan 3600 manatı mənimsəyib. Bu üsulla külli miqdarda pulu mənimsəyərək özünə götürüb.
D.Qarayev ifadəsində mənimsədiyi pulun bir hissəsini sevgilisinə xərclədiyini bildirib. Aylıq maaşı 750 manat olan Qarayev sevgilisinə gül mağazalarından birindən 1000 manata 1000 ədəd qızılgül də alıb hədiyyə etdiyini və digər əyləncələrə xeyli pul xərclədiyini bildirib.
Məhkəmənin hökmü ilə D.Qarayevə 8 il həbs cəzası verilib.
Həmçinin hotelin mülki iddiası təmin edilib və 163.259,46 manat pulun təqsirləndirilən şəxsdən tutularaq zərərçəkmiş MMC-nə ödənilməsinə qərar verilib.
Aslan Vəliyev






















































