Menu
Xəbər Lenti
Ankarada da zəlzələ oldu
11-08-2025, 09:58

Ankarada da zəlzələ oldu

Bu rayonlara leysan yağır
11-08-2025, 09:33

Bu rayonlara leysan yağır

19 Haz 10:42Manşet / Gündəm / Sosial

Ağdaş Olimpiya İdman Kompleksinin direktoru Tahir Umudovu doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edirik!

 

Tahir müəllim, Siz uzun illərdir ki, idmanın inkişafına, sağlam həyat tərzinin təbliğinə, gənclərin fiziki tərbiyəsinə böyük töhfələr verirsiniz. Sizin rəhbərlik etdiyiniz Ağdaş Olimpiya İdman Kompleksi regionda idmanın geniş yayılması və idmançıların uğur qazanması üçün mühüm mərkəzə çevrilib. Sizin işinizdəki məsuliyyət, təşəbbüskarlıq və peşəkarlıq daim yüksək qiymətləndirilir.


Doğum gününüz münasibətilə Sizə möhkəm cansağlığı, ailə səadəti, işlərinizdə davamlı uğurlar arzulayırıq. Arzu edirik ki, daim belə nümunəvi idarəçi və hörmət sahibi olaraq yeni-yeni nailiyyətlərə imza atasınız. Gənc nəslin sağlam ruhda yetişməsində və Azərbaycan idmanının yüksəlişində xidmətləriniz daim rəğbətlə qarşılanır.


Sizin kimi vətənpərvər, idmansevər və çalışqan şəxslər ölkəmizin gələcəyi üçün əvəzsiz dəyər daşıyır. Bir daha Sizi bu əlamətdar gün münasibətilə təbrik edir, uzun ömür və yeni zirvələr diləyirik!


Ən xoş arzularla!


 

Jalə Ağakişiqızı

“Zeferyolu.az” informasiya agentliyinin rəhbəri