Menu
Xəbər Lenti
Laçına qar yağır
Bugün, 08:54

Laçına qar yağır

Füzuli Şəhəri Günüdür
17-10-2025, 05:51

Füzuli Şəhəri Günüdür

Zelenski ABŞ-yə getdi
17-10-2025, 05:49

Zelenski ABŞ-yə getdi

10 Tem 13:10Manşet / Gündəm

4 yaşlı uşaq kirayə tutduqları villanın hovuzunda boğuldu

 

Qəbələdə faciəvi hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, Bakının Qaradağ rayonu Lökbatan qəsəbə sakini 2021-ci il təvəllüdlü C.Qasımova Qəbələnin Vəndam qəsəbəsində villanın həyətindəki hovuza düşüb.

Hadisə dünən saat 18 radələrində qeydə alınıb.

Azyaşlı valideynləri ilə birgə kirayə qalmaq məqsədilə tutduqları evin həyətindəki hovuza diqqətsizlikdən düşərək boğulub. Onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Qəbələ Rayon Prokurorluğunda araşdırma aparılır.