Menu
Xəbər Lenti
Zakir Qaralova ağır itki
16-12-2025, 07:03

Zakir Qaralova ağır itki

Beyaz ekranlara qayıdır
16-12-2025, 05:01

Beyaz ekranlara qayıdır

Bakıya sulu qar yağır
14-12-2025, 07:32

Bakıya sulu qar yağır

19 Ara 05:24Manşet / Sosial

Bu şəhərdən Bakıya birbaşa uçuşlara başlanılır - Tarix açıqlandı

bu-seherden-bakiya-birbasa-ucuslara-baslanilir

Serbiyanın milli aviadaşıyıcısı “Air Serbia” 2026-cı il üçün altı yeni birbaşa marşrutun açıldığını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, aviaşirkət həm yay, həm də qış uçuş cədvəllərinə yeni istiqamətlər əlavə etməklə, sərnişinlərə səyahətlərini daha əvvəlcədən planlaşdırmaq imkanı yaradıb. 

Belə ki, mayın 3-dən Belqraddan Bakıya birbaşa uçuşlar başlanacaq.

30 apreldən Santorini, 23 maydan Toronto, 30 sentyabrdan Sevilya, 27 oktyabrdan Terenife, 14 dekabrdan Tromsö istiqamətləri üzrə birbaşa uçuşlara başlanılması nəzərdə tutulub.

Qeyd edilib ki, bütün yeni marşrutlar üzrə biletlər artıq satışa çıxarılıb.

“Air Serbia” bildirib ki, bu genişlənmə dəyişən səyahət tələblərini nəzərə almaqla, təyyarə parkından ilboyu səmərəli istifadəni təmin edir, mövsümilik təsirini azaldır və Belqradı Avropa, Şimali Amerika və inkişaf etməkdə olan bazarlar arasında yaxşı əlaqələndirilmiş aviasiya mərkəzi kimi daha da möhkəmləndirir.