Türkiyə Şimali Kiprə 6 F-16 döyüş təyyarəsi və hava hücumundan müdafiə sistemləri yerləşdirdi
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım edilib
Tramp İranı hədələdi, Mərkəzi Komandanlıq dəhşətli silahın GÖRÜNTÜLƏRİNİ yaydı - VİDEO
Oğlunu Azərbaycana sürgün edən amansız Hörmüz - İndi dünyanın ürəyi orada döyünür...
“Xəbər tutdum ki, belə bir hadisə olub, dərhal nazirə zəng etdim” - Müctəba Dərmiçilu
Braziliyada hava ilə nəfəs alan iri balıq tutuldu

Braziliyanın San-Paulu ştatlnda 53 yaşlı balıqçı hava ilə nəfəs ala bilən, 2.5 metr uzunluğunda və 160 kiloqram ağırlığında nəhəng bir balıq tutub.
Oxu.Az xəbər verir ki, bu barədə "Diario do Litoral" nəşri məlumat yayıb.
Məlumata görə, balıqçı Marineyru çayında yerli növə aid olmayan arapaima balığı tutub. Bu fakt mütəxəssisləri narahat edib. Onlar arapaimanın sürətlə çoxalaraq yerli çaydakı digər canlıları məhv edə biləcəyindən qorxurlar.
Arapaimalar dünyanın ən böyük şirin su balıqlarından biridir. Onların uzunluğu 3 metrə, çəkisi isə 200 kiloqrama qədər çata bilər.
Arapaimalar digər balıqlara nisbətən əhəmiyyətli üstünlüyə malikdirlər: onlar hava ilə nəfəs ala bilirlər. Bu qabiliyyət onlara demək olar ki, oksigen olmayan sularda belə yaşamağa imkan verir. Yeni ekosistemlərə daxil olduqda, arapaimalar sürətlə çoxalır və digər balıqları ovlaya bilirlər.






















































