Menu
Xəbər Lenti
05 Şub 07:47Manşet / Cəmiyyət

Məktəbi xarici ölkədə bitirən şəxslər Azərbaycanda ali təhsil almaq üçün hansı sənədləri təqdim etməlidirlər?

Məktəbi xarici ölkədə bitirən şəxslər Azərbaycanda ali təhsil almaq üçün hansı sənədləri təqdim etməlidirlər?

Dövlət İmtahan Mərkəzi (DİM) orta məktəbi xarici ölkədə bitirən şəxslərin Azərbaycanda ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün hansı sənədləri təqdim etməli olduqları sualına aydınlıq gətirib.

Oxu.Az xəbər verir ki, bununla bağlı DİM sosial media hesabında paylaşım edib:

"Orta ümumtəhsil müəssisəsini xarici ölkədə bitirən abituriyentlər ümumi qaydada elektron ərizə doldurub tələb olunan sənədləri (sənədlərin siyahısı qəbul elanında dərc olunur) DİM-də və ya onun regional bölmələrində yaradılmış Sənəd Qəbulu Komissiyalarından hər hansı birinə şəxsən təqdim etməklə ərizəni təsdiq etdirməlidirlər. Qeydiyyat 18 fevral - 5 mart tarixlərində həyata keçiriləcək".